Saatlıda ağır qəza: bir ailənin üç üzvü...
Bizi izləyin

Hadisə

Saatlıda ağır qəza: bir ailənin üç üzvü...

Saatlıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobillə “Jiquli” markalı avtomobil toqquşub. Nəticədə “Jiquli”də olan bir ailənin 3 üzvü-rayonun Haciqasımlı kənd sakinləri, 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlu, onun oğulları 2004-cü il təvəllüdlü Şiriniv Sübhan, 2005-ci il təvəllüdlü Şirinov Aqşin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm