Hadisə
Bakıda 3 əcnəbinin öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT - SÜRÜCÜ TUTULDU
Baş Prokurorluq Qaradağda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, iyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi “Toyota” markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi “Ford” markalı, 90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Ford” markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopalın hadisə yerində vəfat etmələri, digər sərnişinlər Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və “Toyota” markalı avtomobilin sərnişini Qızılgül İbrahimovanın xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin istintaqla H.Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi