Qadınlar yas mərasimindən qayıdarkən öldülər - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ (TƏFƏRRÜAT)
Bizi izləyin

Hadisə

Qadınlar yas mərasimindən qayıdarkən öldülər - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ (TƏFƏRRÜAT)

Dünən Biləsuvar rayonunda 2 nəfərin ölümü, daha 3 nəfərin xəsarət alması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, qəzaya düşən avtomobillərdən biri Cəlilabad rayonunun Sadıqlı kəndindən yas mərasimindən gəlirmiş. Belə ki, 1944-cü il təvəllüdlü Tağıyeva Şükufə Qəhrəman qızı Cəlilabada qonşusunun yas məarsiminə gedib. O, 1993-cü il təvəllüdlü Araz Tağızadənin sürdüyü “VAZ 21015” ilə geri qayıdarkən avtomobil Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Şakir Dövlətovun idarə etdiyi “Lada priora” ilə toqquşub. Nəticədə Ş.Tağıyeva ilə yanaşı avtomobildə olan digər sərnişin – 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüb. Hər iki sürücü və A.Tağıyevin daha bir sərnişini xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, Ş.Tağıyev dünən işdən nahar fasiləsi zamanı evinə gəlib. Və hadisə zamanı xəstəxanaya gedirmiş. O, hazırda Kliniki Tibbi Mərkəzin Cərrahiyyə Şöbəsində müalicə olunur.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm