Bakıda iki balıqçı xilas edildi
Bizi izləyin

Hadisə

Bakıda iki balıqçı xilas edildi

Bakıda iki balıqçı xilas edilib.

DİN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 12-də saat 20.40 radələrində “102” Zəng Mərkəzi Xidmətinə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müracitələ əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, vətəndaşların köməyi ilə S.Hənifəzadə və H.Hüseynov xilas edilərək sahilə çıxarılıblar.

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm