Nazirlik bacı və qardaşın öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik bacı və qardaşın öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Sabirabadda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 13-də saat 17 radələrində Sabirabad şəhəri ərazisində Nərimankənd kənd sakini Vüqar Usubov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə sürücü və sərnişini olan bacısı Nuridə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm