Xəzərdə yük gəmisi batdı - EKİPAJ ÜZVLƏRİ XİLAS EDİLDİ
Bizi izləyin

Hadisə

Xəzərdə yük gəmisi batdı - EKİPAJ ÜZVLƏRİ XİLAS EDİLDİ

Dövlət Sərhəd Xidməti Xəzər dənizində qəzaya uğrayan iran gəmisi ilə bağlı əlumat yayıb.

Publika.az DSX-ya istinadən xəbər verir ki, bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gö­də­rilmb.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm