Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır - FOTO
Bizi izləyin

Hadisə

Xaçmazda tapılan kimsəsiz qadının yaxınları axtarılır - FOTO

Polis Xaçmazda tapılan kimsəsiz qadının yaxınlarını axtarır.

Publika.az Daxili İşlər Nazirliyinin Quba regional qrupuna istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir qadını görərək dərhal ona yaxınlaşıblar.

Onun üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hazırda həmin qadının yaxınları axtarılır.

Tapılan qadının əlamətləri belədir: Boyu 170 sm., arıq bədən quruluşlu, qısa ağ saçlı, gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub.

Şəkildəki qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56; 051-843-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm