Hadisə
Quldurluqla məşğul olan keçmiş məhkumlar saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları soyğunçuluq və quldurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, sentyabrın 1-də Bakı şəhər sakini G.Cahangirovanın çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Əliyev Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Şəmkir rayonunda isə rayon sakini İ.Həmidovu bıçaqla hədələyib quldurluq yolu ilə 100 manatını almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Məmmədov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO