Hadisə
Neftçaladakı ağır qəzada ölənlərin sayı 4-ə çatdı - 2 AİLƏ MATƏM İÇİNDƏ
Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı artıb.
Publikaaz xəbər verir ki, Neftçala-Xolqarabucaq yolunda “Mercedes” və “Lexsus” markalı minik maşınlarının qarşı-qarşıya toqquşması nəticəsində ağır xəsarət alan “Mercedes”in sürücüsü, 35 yaşlı Habil Əbülfət oğlu Həşimov xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində “Lexsus”un sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, “Mercedes”in sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində dünyalarını dəyişib.
Qəzada xəsarət alan daha 2 nəfər isə Neftçala Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
xxxx
7 sentyabr
Neftçala rayonunda yol qəzası baş verib.
Hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb.
Belə ki, “Mersedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO