Azərbaycanda yol qəzasında müğənni öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda yol qəzasında müğənni öldü

Goranboy rayonunda sürücü idarə etdiyi "BMV X-5" markalı avtomobili aşırıb.

Publika.az Baku.vs-ə istinadla xəbər verir ki, hadisə Qızılhacılı kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəzada Günel adlı qadın həyatını itirib. Qadının müğənni olduğu deylir. Daha bir nəfər - Tural Abdullayev adlı şəxs isə ağır bədən xəsarətləri alıb.

Yaralı hələlik Goranboy Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun Gəncədəki özəl xəstəxabalardan birinə gətirilməsi planlaşdırılır. Qəzaya yüksək sürət və sürücünün idarəetməni itirməsinin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm