Bakıda ikimərtəbəli obyektdə güclü yanğın - Televizorlar kül oldu
Bizi izləyin

Hadisə

Bakıda ikimərtəbəli obyektdə güclü yanğın - Televizorlar kül oldu

Bakı şəhərinin Nizami rayonunda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi mağaza, ikinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərir) zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə, içərisində 5 ədəd televizor və 1 ədəd soyuducu yanıb. Kafenin qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm