Bakıda DƏHŞƏT: Qadın qatarın altında qaldı - VƏZİYYƏTİ KRİTİKDİR - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏT: Qadın qatarın altında qaldı - VƏZİYYƏTİ KRİTİKDİR - YENİLƏNDİ

“Azərbaycan Dəmir Yolları” QSC bu gün Keşlə stansiyasında baş verən hadisə ilə bağlı açıqlama yayıb.

QSC-dən Publika.az-a verilən məlumatda bildirilir ki, bu gün saat 08:23-də Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

***

10:15

Bu gün Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

Publika.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti kritikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm