Minik avtomobili "KamAZ"la toqquşdu: yaralılar var
Bizi izləyin

Hadisə

Minik avtomobili "KamAZ"la toqquşdu: yaralılar var

Sabirabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında rayonun Çöl Beşdəli kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobillə "KamAZ" markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Çığırqan kənd sakinləri - 1991-ci il təvəllüdlü Şirinov Ramil Kərim oğlu və 1989-cu il təvəllüdlü Şirinov Camil Şamil oğlu xəsarət alıblar.

Hər iki yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm