Bakıda itkin düşən iki nəfərdən XƏBƏR VAR
Bizi izləyin

Hadisə

Bakıda itkin düşən iki nəfərdən XƏBƏR VAR

Bakıda itkin düşən iki şəxsin ölkə xaricinə getdikləri müəyyən olunub.

Bir müddət əvvəl Sabunçu rayon sakini R.Hacıyevin və Xətai rayon sakini T.Əhmədovun yaxınları onların itkin düşməsi barədə hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən aparılan araşdırma zamanı həmin şəxslərin müxtəlif tarixlərdə Gürcüstana getmələri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm