Gəncədə qadın başı və bədəni əzilmiş halda xəstəxanaya çatdırıldı
Bizi izləyin

Hadisə

Gəncədə qadın başı və bədəni əzilmiş halda xəstəxanaya çatdırıldı

Gəncə xəstəxanasına gətirilən qadının kimliyi bilinib.

O, Şəmkir rayon Ağlavaşlı kənd sakini 1996-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızıdır. O, ötən gecə saat 23 radələrində Şəmkir rayonundan Gəncə şəhər 3 nömrəli xəsətxanaya çatıdılıb. Ona bədənin müxtəlif nahiyyəsinin xəsarətləri, başın əziyi və sinənin travması diaqnozu qoyulub.

Qadın hazırda travmatologiya şöbəsində müalicə alır. İlkin ehtimallara görə, G.Bürcəliyeva əri tərəfindən döyülüb.(Trend)

***

Dünən gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə qadın gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm