Hadisə
Sərhədi pozan Gürcüstan vətəndaşı saxlanıldı
Oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan vətəndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.
DSX-nin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəyyənləşdirilib.
Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO