Hadisə
Azərbaycanda vəzifəli şəxs ağır qəza törətdi - ÖLƏN VAR (YENİLƏNDİ)
Bu gün Abşeron rayonu ərazisində, Saray-Masazır yolunda avtomobilin vurub öldürdüyü qadının kimliyi müəyyənləşib.
Publika.az xəbər verir ki, 99 NM 092 dövlət qeydiyyat nişanlı "Volksvagen"in vurduğu piyadanın 1979-cu il təvəllüdlü Mustafayeva Esmira Səhrinur qızı olması müəyyən edilib. O, hadisə yerində keçinib.
Bildirilir ki, hadisə qadın övladını məktəbə ötürüb geri qayıdarkən baş verib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.
*****
10:58
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda övladını Sumqayıta məktəbə yola salan qadın yolu keçmək istəyərkən "Volksvagen" markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil vurub. İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə Abşeron rayon Dövlət Yol Polislinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Qəzanı törədən sürücü Vəkil Bürosunun müdiridir. O, faktı təsdiqləyib.(APA)
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi