Polis Elçin Əlibəylinin döyülməsi barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

Polis Elçin Əlibəylinin döyülməsi barədə məlumat yaydı

Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, faktla bağlı toplanmış materiallar əsasında müvafiq araşdırmalar davam etdirilir: "Bu barədə Elçin Əlibəyli məlumatlıdır. Onun sosial şəbəkələrdə səsləndirdiyi iddialar faktın mahiyyətini ifadə etmir, polis heç bir halda vətəndaş müraciətlərinə etinasız yanaşmır".

Qeyd edək ki, televiziya aparıcısı Elçin Əlibəyli sosial şəbəkədə Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyüldüyünü yazıb.(Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm