Hadisə
Əlirza Amanbəyli VƏFAT ETDİ
Güney azərbaycanlı milli-mədəni fəal, uzun illər Azərbaycan Respublikasında yaşayan və vətəndaşlıq almış Əlirza Amanbəyli vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun qohumu, Güney Azərbaycandan olan şair Sayman Aruz məlumat verib:
“Təəssüflə bildirmək istəyirəm ki, bacanağım, uzun illər ömrünü Güney Azərbaycan milli azadlıq hərəkatına sərf edən, həyatını mühacirət və tənhalıqda keçirən Əlirza Amanbəyli haqq dünyasına qovuşub”.
S.Aruz qeyd edib ki, mərhumun üç mərasiminin vaxtı və məkanı müəyyən olandan sonra elan ediləcək.
Əlirza Amanbəyli 2006-ci ildən 2011-cilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqeresinin (DAK) mətbuat xidmətinin və dak.az saytının rəhbəri olub.
2011-ci ilin oktyabrından fəaliyyətini Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan departamentinin sədri kimi davam etdirirdi.
Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan türklərinin milli hüquq və azdlıqları mövzularında çoxlu sayda müsahibə və məqalələri çap olunub.
Allah rəhmət eləsin!
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ