Bakıda “Mercedes” və “Hyundai” toqquşdu – ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakıda “Mercedes” və “Hyundai” toqquşdu – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, dekabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Əmirov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən paytaxt sakini O.Misirovun idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub. Nəticədə O.Misirovun sərnişini, paytaxt sakini Elçin Əzizov hadisə yerində ölüb, “Mercedes” markalı avtomobildəki sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm