Bakıda baş verən güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Bakıda baş verən güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

“Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - deyə xəbərdə bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm