Bakı-Quba yolunda baş verən qəzada 6 səhiyyə işçisi xəsarət aldı - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda baş verən qəzada 6 səhiyyə işçisi xəsarət aldı - VİDEO (YENİLƏNDİ)

Bakı-Quba yolunda baş verən zəncirvari qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3-ü təcili tibbi yardım maşını olmaqla, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim). (report)

xxx

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə 5 avtomobilin toqquşduğu qəzada 7 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim).

Xəsarət alanlardan 3-ü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm