Hadisə
DYP ağır yol qəzası ilə bağlı AÇIQLAMA YAYDI - Ölənlər var
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) Muğanlı-İsmayıllı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
Publika.az-ın xəbərinə görə, açıqlamada deyilir ki, 26 yanvarda saat 10:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində Şəki rayon sakini 1976-cı il təvəllüdlü Quliyev İlham Seyfəddin oğlu idarə etdiyi “VAZ-2106” markalı, 55-BU-249 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən gələn Gürcüstan Respublikasının vətəndaşı Ramazanov Ramil Rəşid oğlunun idarə etdiyi “Mercedes-Benz 0403” markalı, KN-585-AN dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və onun sərnişini 1985-ci il təvəllüdlü Quliyeva İlahə Əbülfət qızı hadisə yerində həlak olublar, digər 2 sərnişini, 2012-ci təvəllüdlü Quliyeva Aysu İlham qızı, 2010-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, eləcə də avtobusun sərnişinləri, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Acalova Xatirə Rafiq qızı, 1959-cu il təvəllüdlü Ramazanova Suvar Şahbaz qızı və 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da onlardan 8 yaşlı A.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq