Hadisə
Azərbaycanda dəhşətli AİLƏ FACİƏSİ: Ana öldü, həyat yoldaşı və qızı...
İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib.
Publika.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaralar kəndi ərazisində yerləşən fermada qeydə alınıb.
Belə ki, həmin fermanın çobanı - Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Mahmud oğlu Ağayev, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Səyalı Sarış qızı Ağayeva və ailənin 15 yaşlı qız övladı Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daha sonra ər və arvad Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin həkimlərin səylərinə baxmayaraq S.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda M.Ağayevin Bakıda, qızının isə İmişlidə müalicəsi davam etdirilir. Lakin hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, zəhərlənmə evdə konservləşdirilmiş pomidor turşusundan olub. Belə ki, iki gün öncə ailənin hər üç üzvü pomidor turşusu yeyib, bir gün sonra isə vəziyyətləri pisləşib. Nəticədə bu gün səhər saatlarında ailənin hər üç üzvü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.//Report.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR