Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: yaralı var
Bizi izləyin

Hadisə

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: yaralı var

İsmayıllı rayonunda partlayış olub.

Publika.az Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Sumağalı kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü Bayramov İsrayıl Şahverən oğlu yaşadığı evin həyətindəki hamama daxil olaraq isti suyu açmaq istəyib. Həmin an hamamda partlayış baş verib. Partlayış nəticəsində İ.Bayramov müxtəlif bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan İ.Bayramova ilkin tibbi yardım göstərilib. O, daha sonra Bakıya köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm