Azərbaycanda dəhşətli hadisə - Yük maşınının altında öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli hadisə - Yük maşınının altında öldü

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Şəki-Qax yolunun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkətdə olan Qax rayon sakini Amiran Papiaşvili idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayonun Əmbərçay kənd sakini, 1953-cü il təvəllüdlü Fikrət Sadıx oğlu Əhmədovu vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm