Şəmkirdə faciəvi hadisə - 9 yaşlı uşaq öldü
Bizi izləyin

Hadisə

Şəmkirdə faciəvi hadisə - 9 yaşlı uşaq öldü

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, martın 15-də saat 21 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Qazax rayon sakini P.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Elmar Nağıyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm