Gəncədə karantin rejimini pozan kafe aşkarlandı - FOTO
Bizi izləyin

Hadisə

Gəncədə karantin rejimini pozan kafe aşkarlandı - FOTO

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm