Bakıda evdən qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlandı
Bizi izləyin

Hadisə

Bakıda evdən qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlandı

Biləcəri qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən R.Həmidov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a bildirilib ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il dekabrın 20-dən cari il aprelin 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki evlərin birindən 5100 manat dəyərində qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həmidov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm