Hadisə
DYP 5 nəfərin öldüyü hadisə barədə məlumat yaydı - ADLAR/SİYAHI
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi bu gün Sumqayıtda 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, məlumatda deyilir:
"26 may 2020-ci il tarixdə, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Nəticədə “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər, “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR