Hadisə
Cəlilabadda “Range Rover”dən külli miqdarda narkotik çıxdı - FOTOLAR
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 6 kiloqramdan artıq narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin avtomobilə keçirilən baxış zamanı 4 ədəd sellafon torbada ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu əldə etdikləri və Cəlilabad rayonu ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ