Hadisə
Vətəndaşları Ələtdən Bakıya qanunsuz keçirənlər saxlanıldı - FOTO
Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına zidd olaraq bölgələrdən rayon qeydiyyatında olan şəxsləri qeyri-qanuni yollarla Bakı şəhərinə gətirən sərnişin mikroavtobuslarının sürücüləri saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Şərkan Kamalov, Şamo Şamilov, Sumqayıt şəhər sakini Elçin Əliyev və Füzuli rayon sakini Hafiz Ağayev tutulub.
Araşdırma zamanı müəyyən olunub ki, Hafiz Ağayev və Elçin Əliyev sərnişinləri əvvəlcədən razılaşdırdıqları kimi Ələt qəsəbəsindəki karantin postuna bir neçə kilometr qalmış avtomobildən düşürürmüşlər. Burada isə sərnişinləri Şərkan Kamalov və Şamo Kamilov idarə etdikləri mikroavtobuslara mindirərək posta daxil olmadan müxtəlif yollarla paytaxta gətirirmişlər.
Qeyd edilən faktlarla bağlı dəstə üzvlərinin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər


























.jpg)









