Hadisə
Məcburi köçkünlərin evlərini zəhərli ilanlar basdı - FOTO
Qax rayonunda sürünənlər məcburi köçkün ailələrini qorxuya salıb.
Rayonun Əmircan kəndində, beş məcburi köçkün ailəsinin məskunlaşdığı köhnə ferma ərazisində ilanların əlindən rahat hərəkət etmək, hətta evdə dincəlmək belə, mümkün deyil.

Məcburi köçkünlər bildirirlər ki, ilanlar bir neçə gündür evlərin ətrafında, hətta otaqlarda görünməyə başlayıb. Ötən il də eyni aqibəti yaşayan sakinlər hər gün bir neçə ilanı öldürdüklərini söyləyirlər.

Laçın rayonundan məcburi köçkün Rəfael Ağalarovun sözlərinə görə, evin çöl divarından girən ilanlar otaqlara daxil olur. Ailə üzvləri dünən səhər də eyni halla qarşılaşıblar. Belə ki, gürzə evin çöl divarından evə daxil olmaq istəyib. Lakin ailə üzvləri onu öldürə biliblər.

Sakinlər artıq aidiyyəti qurumlara müraciət ediblər. Ərazi icra nümayəndəliyinə edilən müraciətə cavab olaraq onlara bildirilib ki, əraziyə baxış keçiriləcək və ilanların olduğu yerlər dərmanlanacaq. (report)
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama








.jpg)






.jpg)























