Azərbaycanda ağır qəza: Ölənlər və yaralılar var
Bizi izləyin

Hadisə

Azərbaycanda ağır qəza: Ölənlər və yaralılar var

Sabirabadda ölümlə nəticələnən yol qəzası olub.

Publika.az “Report”a istinadla xəbər verir ki, hadisə saat 23 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“90-OZ-805” dövlət nömrə nişanlı “Shagman” markalı yük maşını “90-BZ-057” dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ölən və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm