Sumqayıtda xilasetmə əməliyyatı - Halsız vəziyyətdə aşkarlandı
Bizi izləyin

Hadisə

Sumqayıtda xilasetmə əməliyyatı - Halsız vəziyyətdə aşkarlandı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Vətəndaş halsız vəziyyətdə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm