Məhərrəm Əliyevin nəvəsi qəza törədib?
Bizi izləyin

Hadisə

Məhərrəm Əliyevin nəvəsi qəza törədib?

Bəzi kütləvi informasiya vasitələrində Prezidentin Hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyevin nəvəsinin Rusiya Federasiyasının Moskva şəhərində yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, Prezidentin köməkçisinin nəvəsi hadisədə sərnişin qismində olub və həmin nəqliyyat vasitəsini idarə edən şəxsin hər hansı təqsiri olmayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edilib ki, hadisənin təqsirkarı Rusiya Federasiyasının vətəndaşı olub. Hüquq mühafizə orqanları da hadisəni törədən şəxsin məhz həmin şəxs olduğunu müəyyənləşdirib. Məlum olub ki, Rusiya vətəndaşı idarə etdiyi maşınla M.Əliyevin nəvəsinin də olduğu maşını arxa sol tərəfdən vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm