Mingəçevirdə gizli fəaliyyət göstərən restoran aşkarlandı - FOTO
Bizi izləyin

Hadisə

Mingəçevirdə gizli fəaliyyət göstərən restoran aşkarlandı - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq, müştəri qəbul etdiyi məlum olub.

İcarə əsasında obyekti işlədən Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3 100 manat cərimə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm