Azərbaycanda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO

Kürdəmirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, "QAZel" markalı avtomobilin sürücüsü 39 yaşlı Fizuli rayon sakini Orucov Siyavuş Telman oğlu həmin yolda hərəkətdə olarkən onunla əks istiqamətdə olan 65 yaşlı Ağsu rayon sakini Ağaverdiyev Təşkilat Ağa oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomaşınla toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif növ bədən xəsarətləri alıblar. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm