DİN Qobustandakı hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Qobustandakı hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gün Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm