Xızıdakı yanğın söndürüldü - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Xızıdakı yanğın söndürüldü - (YENİLƏNDİ)

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, alovun qarşısı nazirliyin müvafiq qurumları tərəfindən alınıb.

Xatırladaq ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

***

14:43

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Naziriyin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm