Hadisə
Abşeronda DƏHŞƏTLİ QƏZA: 1 ölü, 8 yaralı - FOTO - (YENİLƏNDİ)
Sentyabrın 9-da saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, A.Məmmədovun və B.Şahmuradovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və 7 nəfər sərnişinləri xəstəxanaya yerləşdirilib.
Sərnişinlərdən Tamam Muradova xəstəxanada ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
xxx
09:00
Abşeron rayonun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza ötən axşam rayonun Saray qəsəbəsinə gedən yeni avtomobil yolunda qeydə alınıb.
Publika.az xəbər verir ki, hərəkətdə olan “50 DG 539” və “90 EN 982” dövlət nömrə nişanlı Mercedes” markalı minik avtomobilləri toqquşub. İnsident nəticəsində 1965-ci il təvəllüdlü Fərhad Fərhadov, 1969-cu il təvəllüdlü Adil Məmmədov, 1986-cı il təvəllüdlü Firdovsi Novruzov, 1965-ci il təvəllüdlü Rafiq Rüstəmov, 1994-cü il təvəllüdlü Şamil Şahbazov, 1975-ci il təvəllüdlü Aygün Muradova, 1995-ci il təvəllüdlü Bəhruz Şahmuradov, 1968-ci il təvəllüdlü Fərəməz Vəlişov və 1951-ci il təvəllüdlü Tamam Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əraziyə təcili tibbi yardım xidmətinin və yol polisinin əməkdaşları cəlb olunub. Yaralılar Sumqayıt təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların içərisində vəziyyəti ağır olanların olduğu bildirilir.
Qəzaya yolun qaranlıq olmasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur








.jpg)



























.jpg)
.jpg)

