Bakıda 2 qadını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Bakıda 2 qadını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

Sentyabrın 24-ü saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Publika.az-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

09:25

Bakıda qətl törədən şəxs saxlanılıb.

Məlumata görə, ana və qızını öldürməkdə şübhəli bilinən Samir Cavadov polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, hadisə sentyabrın 24-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər.

İlkin araşdırmalarla məlum olub ki, hadisəni E.Cavadovanın nəvəsi S.Cavadov tərəfindən törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

xxx

25:09, 20:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından, giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkar ediblər. Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm