
Beyləqan rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonun Şərq qəsəbəsində həyətyanı sahəyə yığılan 50 ton ot bağlamasının 12,5 tonu və yaxınlıqda dayanan 1 ədəd traktor qoşqusunun yanar hissələri yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.