FHN-dən Samuxdakı partlayışla bağlı AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

FHN-dən Samuxdakı partlayışla bağlı AÇIQLAMA - (YENİLƏNDİ)

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb.

Yanğın nəticəsində evin bir otağında iki ədəd döşək yanıb. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

04.12.20 22:36

Samux rayonunun Sərkar kəndində qaz sızması nəticəsində fərdi mənzillərdən birində partlayış baş verib

Publika.az-ın xəbərinə görə, hadisə zamanı evdə olan şəxslərdən biri, 24 yaşlı Cəlal Qurbanov ağır yanıq xəsarəti alıb. O, İlk olaraq Samux rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Nəlumata görə yaralı reanimasiya şöbəsinə yerləşdilib, onun vəziyyəti ağırdır.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm