ANAMA 102 minanı zərərsizləşdirdi
Bizi izləyin

Hadisə

ANAMA 102 minanı zərərsizləşdirdi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 03-06 dekabr tarixlərində Agentliyə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, daxil olmuş 35 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6 700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm