Kürdəmirdə ağır qəza - Qadınlar xəstəxanaya çatdırıldı
Bizi izləyin

Hadisə

Kürdəmirdə ağır qəza - Qadınlar xəstəxanaya çatdırıldı

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iritutumlu yük (TIR) və BYD markalı minik maşınları toqquşub.

Nəticədə minik maşınında olan iki nəfər sərnişin - 57 yaşlı Şabanova Mehbarə Abdulla qızı və 29 yaşlı Abdullayeva Jalə Nazim qızı müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(Report)

Bi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm