"Azəriqaz" partlayışla bağlı açıqlama yaydı
Bizi izləyin

Hadisə

"Azəriqaz" partlayışla bağlı açıqlama yaydı

"Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonunun Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumdan Publika.az-a bildirilib ki, ərazidən "Azəriqaz"ın balansında olan hər hansı yeraltı qaz kəməri keçmir.

Məlumata görə, fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq.

Qeyd edək ki, bu gün Xırdalan şəhərinin 27-ci məhəllə adlanan ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış olub. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm