Azərbaycanda güclü yanğın - 60 min manatlıq geyim kül oldu
Bizi izləyin

Hadisə

Azərbaycanda güclü yanğın - 60 min manatlıq geyim kül oldu

Samux rayonunda evdə, ona bitişik mağazada və yardımçı tikilidə yanğın olub.

Hadisə Qarayeri qəsəbəsində, Kamil Qurbanova məxsus mağaza və evdə qeydə alınıb.

Hadisə zamanı İsmayılova Minə Qurban qızı tərəfindən icarəyə götürülmüş geyim mağazası içərisindəki, 60 000 manatlıq malla tamam yanıb.

Yanğın zamanı mağazaya bitişik, ümumi sahəsi 130 kvadratmetr olan ev dam örtüyü və talvar həmçinin köməkçi tikilinin dam örtüyü də yanıb.

Yanğın hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm