Bakıda HƏYƏCANLI ANLAR - Özünü çoxmərtəbəli binadan atmaq istədi
Bizi izləyin

Hadisə

Bakıda HƏYƏCANLI ANLAR - Özünü çoxmərtəbəli binadan atmaq istədi

Bakı şəhərinin Xətai rayonunda intihara cəhd hadisəsinin qarşısı alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə barədə"112" qaynar telefon xəttinə məlumat daxil olub.

Daxil olan məlumata əsasən, 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm