"Tarqovı"da alt paltarında gəzən 21 yaşlı qız tutuldu
Bizi izləyin

Hadisə

"Tarqovı"da alt paltarında gəzən 21 yaşlı qız tutuldu

Bakıda alt paltarında gəzən qadın saxlanılıb.

Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.

Onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Qız əməlindən peşman olduğunu bildirib.(Unikal.org)

***

Bakının Fəvvarələr Meydanında alt paltarında gəzən qadın görüntülənib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bu hal ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm